Şriftin ölçüsü :

Saytın rəngi :

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il ərəfəsində Ucar rayonunda kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkası təşkil olunub

24 dekabr 2025 | 11:02

Ucar şəhəri ərazisində keçirilən yarmarkaya Ucar rayonunun müxtəlif kəndlərindən fermerlər və sahibkarlar məhsullarını çıxarıblar.

Dekabrın 22-dən başlayan və ayın 27-dək davam edəcək yarmarkada ət, balıq, çörək, yerli düyü, tərəvəz, meyvə və digər müxtəlif çeşidli ərzaq məhsulları alıcılara təqdim olunur. Məhsullar bazar qiymətlərindən aşağı qiymətə satışa çıxarılıb.

Yarmarkanın keçirilməsində əsas məqsəd bayram günləri ərəfəsində süni qiymət artımının qarşısını almaq, kənd təsərrüfatı məhsulları istehsalçılarının öz məhsullarını birbaşa və rahat şəkildə satmasına şərait yaratmaq, eyni zamanda, şəhər sakinlərini keyfiyyətli və münasib qiymətli ərzaq məhsulları ilə təmin etməkdir.

Qeyd edək ki, belə yarmarkaların təşkili əhalinin sosial rifahının yaxşılaşdırılmasına, yerli istehsalın stimullaşdırılmasına və bazarda qiymət sabitliyinin qorunmasına xidmət edir.

https://www.youtube.com/watch?v=2fOLLqcv6fg

 

Keçidlər