Şriftin ölçüsü :

Saytın rəngi :

31 yanvar 2025-ci il tarixdə Ucar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ucar rayonunda 2 Fevral - Gənclər Günü münasibətilə dəyirmi masa keçirilib

31 yanvar 2025 | 12:29

          Tədbirdə Ucar Rayon İcra Hakimiyyətinin, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun əməkdaşları və rayon gəncləri iştirak ediblər.

          Tədbiri giriş sözü ilə Ucar Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Sənədlərlə və vətədaşların müraciətləri ilə iş şöbəsinin müdiri Azad Qəhrəmanov açaraq qeyd etdi ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına tarixi bir töhfə verib. Dövlət gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirir.

          Həmçinin qeyd etdi ki, Azərbaycan gəncləri üçün ən həlledici sınaqlardan biri də 2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi olub. Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda vuruşan qəhrəman gənclərimiz adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu.

          Daha sonra Ucar Rayon Gənclər Evi və Sosial Xidmət müəssisəsinin direktoru Kazım Məmmədov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar rayonu üzrə Gənclər və İdman Sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, Ucar şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Gülnar İbişzadə, Ucar şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Aytən Aydınova, Ucar rayonu Qazyan kənd 2 nömrəli tam orta məktəbin müəllimi Nüsrət Rəsullu mövzu ətrafında çıxış etdilər.

          Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə bir qrup gənc Ucar Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı ilə təltif edilib.

Keçidlər