Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prokurorluğunun yaranmasının 100 illiyi Ucar rayonunda da qeyd olundu

01 oktyabr 2018 | 16:00

01 oktyabr 2018-ci il tarixdə Ucar rayon Prokurorluğunun əməkdaşları  hüquq-mühafizə orqanlarının rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə gül dəstələri qoyaraq əziz xatirəsini dərin hörmətlə yad etdilər.

Rayon Prokurorluğunun  inzibati binasında keçirilən yubiley tədbirini açan rayon Prokuroru Elşən Abdullayev Azərbaycan Prokurorluğunun bir əsrlik tarixinə nəzər salıb  yüz il bundan əvvəl Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Bakı Dairə Məhkəməsinin nəzdində fəaliyyətə başlamış və uzunmüddətli və mürəkkəb inkişaf yolu keçmiş Azərbaycanın prokurorluq orqanlarının xalqımızın Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə həyata keçirilən möhtəşəm və hərtərəfli islahatlar nəticəsində, hazırda tamamilə yenidən qurularaq, mütərəqqi normativ-hüquqi bazaya, demokratik məzmunlu fəaliyyət prinsiplərinə və iş metodlarına malik olan, cəmiyyətdə statusuna uyğun yerini tutmuş təsisata çevrildiyini vurğulayaraq, müasir  Azərbaycanın banisi Ulu Öndər Heydər Əliyevin siyasi irsinin ən layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bu gün də prokurorluğa dövlət qayğısı və diqqətin ən yüksək səviyyədə olduğunu, dövlətimizin başçısının müvafiq fərman və sərəncamları ilə təsdiq olunmuş Dövlət proqramlarının icrası nəticəsində prokurorluq orqanlarında bütün istiqamətlər üzrə işin səmərəliliyinin, əməkdaşların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, həmçinin yeni nəsil prokurorluq işçilərinin formalaşdırılması və onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində konkret tədbirlər həyata keçirildiyini diqqətə çatdırıb.

Rayon Prokurorluğunun müstəntiqi Elvin Teymur-zadə çıxışında məhz ümummilli lider Heydər Əliyevin 1998-ci il 17 iyul tarixli Sərəncamına əsasən hər il oktyabrın 1-nin “Prokurorluq işçilərinin peşə bayramı günü” kimi qeyd edilməsinin tarixi ədalətin bərpa olunması ilə yanaşı, hakimiyyət orqanları sırasında xüsusi yeri olan prokurorluğa dövlət qayğısının ifadəsi, ölkəmizdə prokurorluğun roluna rəsmi münasibətin dövlət səviyyəsində təzahürü olduğunu bildirib.

Ulu Öndərin “Mən, Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram” kəlamının bu gün də hər bir prokurorluq işçisinin qürur mənbəyidir.

Tədbirdə respublikanın Baş Prokuroru I dərəcəli Dövlət ədliyyə müşaviri cənab Zakir Qaralovun, Ucar Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun, bir sıra rayonların hüquq-mühafizə orqanları rəhbərlərinin rayon Prokurorluğunun kollektivinə təbrik teleqramları oxundu.

Tədbirdə iştirak edən rayon İcra hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək 1 oktyabr tarixini prokurorluq işçilərinin həyatında unudulmaz gün adlandırmışdır. M.Məmmədov prokurorluğun yaranmasının 100 illiyi və peşə bayramı münasibəti ilə öz təbriklərini və səmimi arzularını çatdıraraq qeyd etdi ki, prokurorluq orqanlarının fəaliyyətini daha da müasirləşdirmək üçün möhtərəm cənab Prerzident İlham Əliyev tərəfindən respublikamızda hər cür şərait yaradılmışdır. İnsan və vətəndaş hüquq və azadlıqlarının təminatçısı olan yeni nəsil prokurorların yetişməsinə və hazırlıqlı, peşəkar gənc kadrların bu orqanlara irəli çəkilməsinə necə böyük önəm verildiyini elə rayon prokurorluğunun kollektivinin timsalında da aydın görmək olduğunu bildirdi. Bir daha rayon prokurorluğunun kollektivini peşə bayramı münasibəti ilə təbrik edərək çox gərəkli fəaliyyətlərində uğurlar arzuladı.

Tədbirdən sonra Ucar rayon Prokurorluğu əməkdaşlarının və Ucar rayon ictimaiyyətinin iştirakı ilə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının xalq artisti Rəfayıl Bayramovun rəhbərliyi ilə Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Dövlət Kamera Orkestrinin bayram konserti olmuşdur.

Keçidlər