Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Qazıqumlaq kəndində səyyarı qəbulu keçirildi
03 oktyabr 2018 | 16:00
2018-ci ilin oktyabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Qazıqumlaq kəndində keçirilmişdir.
Səyyar qəbulda 5 nəfərin müraciəti dinlənilmişdir.
Müraciətlərin 1 nəfəri yaşadığı evə elektrik xəttinin çəkilməsinə, 1 nəfəri şirə kanalının qazılaraq lildən təmizlənməsinə, 2 nəfəri kəndə maddi yardım ediilməsinə, 1 nəfəri Qazıqumlaq kənd 1 saylı tam orta məktəbə internetin verilməsinə və 1 nəfəri Qazıqumlaq kənd Mədəniyyət evinə verilən elektrik xəttində yaranmış qısa qapanmanın aradan qaldırılmasına köməklik barədə edilmişdir.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.