Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Quləbənd kəndində səyyarı qəbulu keçirildi
2018-ci ilin oktyabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Quləbənd kəndində keçirilmişdir. Qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Rüfət Məmmədov iştirak etmişdir.
Səyyar qəbulda 7 nəfərin 8 müraciəti dinlənilmişdir.
Müraciətlərin 1 nəfəri Göyçay çayının daşması nəticəsində "İbramalı" adlanan ərazidə çay yatağı kənd yolunun tədricən yuması ilə əlaqədar yolun bərpasına, 1 nəfəri dəmir yolu xəttinin yaxınlığından əkin sahələrinə qədər su arxının qazılmasına, 1 nəfəri şirə kanalının qazılaraq lildən təmizlənməsinə, 1 nəfəri 5,0 ha əkdiyi taxıl sahəsinin suvarılması üçün suvarma suyu ilə təmin olunmasına, 1 nəfəri ipək qurdu saxlamaq üçün tut tinglərini əkərək bağ salınmasına torpaq sahəsinin ayrılmasına, 1 nəfəri yaşadığı evin həyətində yerləşən 2 elektrik dirəyinin çıxarılaraq başqa münasib yerə basdırılmasına və 2 nəfəri əkin sahəsinə gedən su arxının qazılaraq lildən təmizlənməısinə köməklik barədə edilmişdir.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.