Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik fəaliyyəti və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda ictimai müzakirə keçirildi

18 oktyabr 2018 | 16:00

18 oktyabr 2018-ci il tarixdə saat 1100-da Ucar rayonunun Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 illik fəaliyyəti və regionların sosial-iqtisadi inkişafında QHT-lərin rolu mövzusunda ictimai müzakirə keçirilmişdir.

Əvvəlcə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

Toplantını açan rayon İcra Hakimiyyəti Başçısının müavini – ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri  Şəhla Abdullayeva bildirdi ki, Azərbaycanda da Qeyri-Hökumət Təşkilatlarının yaranması və ictimai sektorun möhkəmləndirilməsi bilavasitə müstəqil Azərbaycan dövlətçiliyinin inkişafını  şərtləndirən amillərdəndir.

Sonra Şuranın 10 illik fəaliyyətindən bəhs edən film nümayiş olundu.

Toplantıda Şura katibliyinin icraçı direktoru Fərasət Qurbanov məruzəsində  Şuranın keçirdiyi yol haqqında ətraflı məlumat verərək qeyd etdi ki, son illər bütün demokratik və inkişaf etmiş ölkələrdə olduğu kimi Azərbaycan Respublikasında da  Qeyri-Hökumət Təşkilatları vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olaraq, demokratikləşmə, vətəndaş hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu, sosial problemlərin həlli, maarifləndirmə, dünyaya inteqrasiya,  Azərbaycan həqiqətlərinin dünyaya obyektiv çatdırılması və digər istiqamətlərdə fəaliyyətləri ilə böyük etimad və rəğbət  qazanmışdır.

Şura üzvü Sahib Məmmədov ötən 10 ildə Şuranın təşəbbüsü ilə QHT qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində atılan ciddi addımların hazırda da uğurla davam etdiyini vurğuladı. Şuranın dəstəyi ilə  ərsəyə gələn “Qələbəyə gedən yol-Müsüslü döyüşləri” adlı sənədli filmi haqqında məlumat verdi.

Rayonun Müsüslü kəndinə həsr olunmuş sənədli filmin nümayişi alqışlarla qarşılandı.

Keçidlər