Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Xələc kəndində səyyarı qəbulu keçirilib
2018-ci ilin oktyabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Xələc kəndində keçirilmişdir.
Səyyar qəbulda 5 nəfərin 5 müraciəti dinlənilmişdir.
Müraciətlərdən 1 nəfəri su kanalına su motorunun qoyulmasına, 1 nəfəri Xələc kənd su arxıa Göyçay çayından gələn giriş hissəsinə su qapısının quraşdırılmasına, 2 nəfəri su kanalının qazılaraq lildən təmizlənməsinə və 1 nəfəri Zərdab rayonunun Çallı kəndindən gələn su arxı həmin kəndin sakini tərəfindən dəfələrlə qarşısı kəsilərək suyun gəlməsinə maneə yaradılması, bununla əlaqədar tədbir görülməsinə köməklik barədə edilmişdir.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.