Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Ənvər Məmmədxanlı kəndində səyyarı qəbulu keçirilib
2018-ci ilin oktyabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Ənvər Məmmədxanlı kəndində keçirilmişdir.
Səyyar qəbulda 7 nəfərin 8 müraciəti dinlənilmişdir.
Müraciətlərdən 1 nəfəri pay torpaq sahəsinə getmək üçün qonşusu tərəfindən yol zəbt edilmiş, yolun açılmasına, 3 nəfəri qəzalı elektrik dirəklərinin dəyişdirilərək yenisi ilə əvəz edilməsinə, 1 nəfəri yaşadığı evin elektrik sayğacının yeri dəyişdiriləndən sonra köhnə yerində qalmış naqillərin sökülüb götürülməsinə, 2 nəfəri şirə kanalının qazılaraq lildən təmizlənməsinə və 1 nəfəri yaşadığı evə telefon xəttinin çəkilməsinə köməklik barədə edilmişdir.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.