Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Ramal kəndində səyyarı qəbulu keçirilib
2018-ci ilin oktyabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Ramal (Əlikənd kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində keçirilmişdir.
Səyyar qəbulda 8 nəfərin 8 müraciəti dinlənilmişdir.
Müraciətlərdən 2 nəfəri su arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfəri anasının Ramal bələdiyyəsində işlədiyi müddətdə ala bilmədiyi əmək haqının verilməsinə, 1 nəfəri kənddə heyvanlarda çiçək xəstəliyinin geniş yayılmaması üçün vaksinlərin vurulmasına, 1 nəfəri şirə kanalının qazılaraq lildən təmizlənməsinə, 1 nəfəri yaşadığı evin yaxınlığında yerləşən 6 ədəd qəzalı elektrik dirəklərinin dəyişdirilərək yenisi ilə əvəz edilməsinə, 1 nəfəri su beton arxının 36 metr hissəsinin bərpasına və 1 nəfəri işlədiyi Ramal kənd həkim məntəqəsindən Bakı şəhərinə ezam edilərək tibb kurslarında iştirak etmiş, ezamiyyət pulunun alınmasına köməklik barədə edilmişdir.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.