Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Lək kəndində səyyarı qəbulu keçirilib
07 noyabr 2018 | 16:00
2018-ci ilin noyabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, Lək kəndində keçirilmişdir.
Səyyar qəbulda 6 nəfərin 7 müraciəti dinlənilmişdir.
Müraciətlərdən 2 nəfəri su arxının qazılaraq lildən təmizlənməsinə, 2 nəfəri anasının elektrik sayğacının yerinin dəyişdirilməsinə, 1 nəfəri pay torpaq sahəsinə gedən yolun hamarlanmasına, 1 nəfəri şirə kanalının qazılaraq lildən təmizlənməsinə və 1 nəfəri elektrik xətlərinin altından yaşıl kütlələrin təmizlənməsinə köməklik barədə edilmişdir.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.