Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə növbəti dəfə qanvermə aksiyası keçirilib.

13 sentyabr 2013 | 15:00

Ucar rayonunda Heydər Əliyev Fondunun dəstəyi ilə talassemiyalı və hemofiliyalı xəstələrə kömək məqsədilə növbəti dəfə qanvermə aksiyası keçirilib.

Gün ərzində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankının 10 nəfərlik həkim briqadası humanitar aksiyaya qoşulan 240 nəfərin 205 nəfərindən qan nümunələri götürüblər.

Qanvermə aksiyasında rayon Polis şöbəsinin, rayon Elektrik Şəbəkəsinin, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin kollektivləri daha çox fəallıq göstəriblər.

Tədarük olunan 62 litr qan qablaşdırılaraq Mərkəzi Qan Bankına göndərilib.

Ucar rayon mərkəzi xəstəxanasının baş həkimi Zeynal Bayramlı məlumat verib ki, əhaliyə göstərilən səhiyyə xidmətinin keyfiyyətini daha da yüksəltmək, müxtəlif xəstəliklərdən əziyyət çəkən sakinlərə kömək məqsədilə tez-tez humanitar aksiyalar təşkil olunur. Son illər Ucara ezam olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin mütəxəssisləri, Mərkəzi Neftçilər xəstəxanasının həkimləri, Ginekologiya institutunun əməkdaşları - göz xəstəliyindən əziyyət çəkən uşaqları, ürək və sinir xəstəliklərinə düçar olan sakinləri, hamilə və zahı qadınları müayinə edərək dəyərli tövsiyyələrini veriblər.

Sağlamlıq ayı çərçivəsində isə rayon mərkəzində və kəndlərdə kütləvi müayinələr aparılıb.

Keçidlər