Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda "Ölkəmizi tanıyaq” devizi altında keçirilən tur - aksiyanın növbəti mərhələsində məktəblilər yola salınıb

14 noyabr 2018 | 16:00

14 noyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin tapşırığına əsasən ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi altında keçirilən  tur - aksiyanın  növbəti mərhələsində rayonun ümumtəhsil məktəblərinin 40 nəfər məktəblisi Qəbələ-Şəki-Zaqatala rayonlarına yola salınıblar. Yeniyetmələr üç gün ərzində  bu bölgələrin tarixi və mədəni  abidələri, qoruqları, turizm guşələri və sənaye müəssisələri ilə yaxından tanış olacaqlar.

Rayon rəhbərliyinin, ictimaiyyət nümayəndələrinin, valideyn və müəllimlərin iştirakı ilə keçirilən yola salma mərasimində Ucar rayon icra hakimiyyətinin başçısı Mənsur Məmmədov çıxış edərək  bildirdi ki, bu aksiya yeni nəslin vətənpərvərlik ruhunun formalaşmasında, ölkəmizin hər guşəsinin tanıdılmasında böyük rol oynayır. Bu həm də Prezident İlham Əliyevin gənc və yeniyetmələrə qayğısının mühüm təzahürüdür.

Ucar şəhər şəhər 2 saylı tam orta məktəbin şagirdi Məmmədova Nərmin, Məlikballı kənd tam orta məktəbin şagirdi İsgəndərova Lalə, valideyn Mətləb Əliyev çıxış edərək tur-aksiyaların təşkili üçün Ölkə Prezidenti İlham Əliyev cənablarına minnətdarlıqlarını bildirdilər.

Musiqi çələngi alqışlarla qarşılandı.

Daha sonra məktəblilər ümummilli liderimiz Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla anıblar.

Qeyd edək ki, 3 gün davam edəcək tur aksiyada şagirdləri  4  müəllim və 1 həkim müşahidə edəcəkdir.

Keçidlər