Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Qazyan kəndində səyyarı qəbulu keçirilib
2018-ci ilin noyabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Qazyan kəndində keçirilmişdir.
Səyyar qəbulda 7 nəfərin 7 müraciəti dinlənilmişdir.
Müraciətlərdən 1 nəfəri şirə kanalının 2,0 km hissəsinin qazılaraq lildən təmizlənməsinə, 1 nəfəri “Qəbristanlıq yolu” adlanan yerdə su arxında olan yararsız su borusunun yenisi ilə əvəz edilməsinə, 1 nəfəri su arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfəri yaşadığı əraziyə verilən elektrik enerjisinin zəif verilməsi, 2 nəfəri əkin sahəsinin suvarılmasına və 1 nəfəri qəzalı vəziyyətdə olan 4 elektrik dirəyinin yenisi ilə əvəz edilməsinə köməklik barədə edilmişdir.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.