Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Alpout kəndində səyyarı qəbulu keçirilib

05 dekabr 2018 | 16:00

2018-ci ilin dekabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Yuxarı Şilyan kəndində keçirilmişdir.

Səyyar qəbulda  8 nəfərin 8 müraciəti dinlənilmişdir.

Müraciətlərdən 2 nəfəri su arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfəri qəbiristanlıq yolunun 700 metr hissəinin təmir olunmasına, 1 nəfəri işlətdiyi elektrik enerjisinin dəyərini düzgün hesablanmasına və ödənişinə, 1 nəfəri R8 kanalından gələn su kecirici borunun yerini dərinləşdirərək aşağı salınmasına, 1 nəfəri yaşadığı evə təbii qaz xətti çəkilişinə. 1 nəfəri bələdiyyə torpağında bağ salıb əkmək üçün tut tingləri verilməsinə və 1 nəfəri kəndə verilən təbii qazın təzyiqinin artırılmasına köməklik barədə edilmişdir.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər