Ucar rayonunda anım mərasimi keçirilib
Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü münasibətilə rayon mərkəzindəki abidəsinin önündə anım mərasimi keçirildi.
Mərasimdə rayon İcra Hakimiyyəti Başçısı Aparatı, YAP Ucar rayon təşkilatının çoxsaylı üzvüləri, hüquq-mühafizə orqanları, rayonun bütün ümumtəhsil məktəblərinin kollektivləri və məktəblilər, idarə, müəssisə və təşkilatlarının, rayon ictimaiyyətinin nümayəndələri kütləvi şəkildə iştirak etdilər.
Həmçinin Heydər Əliyevin rayonun Qazıqumlaq və Çiyni kəndlərində yerləşən abidəsinin önündə də anım mərasimi keçirilmiş, ərazidə yerləşən məktəblərin kollektivləri, xidmət təşkilatlarının nümayəndələri abidənin önünə gül dəstələri düzmüşlər.