Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda "Sərhəddən başlanan Vətən" adlı layihə çərçivəsində "Xalqımızın şəhidlik salnaməsi" mövzusunda maarifləndirici tədbir keçirildi

11 dekabr 2018 | 16:00

Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə Ucar rayonu Qazyan kənd "Savab" məscidi dini icması "Sərhəddən başlanan Vətən" adlı layihə çərçivəsində "Xalqımızın şəhidlik salnaməsi" mövzusunda Ucar rayonu Qazyan kənd 1 saylı tam orta məktəbində məktəbində 10-11-ci  sinif şagirdlərinə maarifləndirici tədbir keçirib.

Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Təhlil və Proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov, DQİDK-nin Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Qazyan kənd "Savab" məscidi dini icmasının sədri Əli Həsənov, məscidin imamı Cavid Məmmədov, Qazyan kənd 1 saylı tam orta məktəbin müəllim və şagird kollektivi iştirak edib.

Tədbiri giriş sözü ilə açan DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev belə maarifləndirici tədbirlərin gənc nəslə Vətənə və dövlətə bağlılıq duyğularının daha geniş tərənnümünə yardım edəcəyini bildirib.

DQİDK-nın Təhlil və Proqnozlaşdırma şöbəsinin əməkdaşı Azad Nəhmədov çıxışında bildirib ki, şəhidlik və qazilik tarix boyunca xalqımızın mənliyində yaşayan iki uca əxlaqi keyfiyyət olmuşdur. Ölsəm şəhid, qalsam qazi inamının xalqımızın şanlı zəfərlərinin sirri olduğunu qeyd edən natiq 20 Yanvar faciəsinin xalqımızın yaxın keçmişində baş verən tragik hadisə olmaqla yanaşı, eyni zamanda şəhidlik salnamələrindən biri olduğunu vurğulayıb.

Ucar rayonu Qazyan kənd "Savab" məscidi dini icmasının sədri Əli Həsənov, və məscidin imamı Cavid Məmmədov öz çıxışlarında şəhidlik və qaziliyin xalqımıza məxsus keyfiyyət kimi bizi tarix boyu dinimiz və Vətənimiz uğrunda qəhrəmanlıqlara sövq etdiyini vurğulayıblar.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Keçidlər