Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Rəstəcə (Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində səyyarı qəbulu keçirilib
2018-ci ilin dekabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Rəstəcə (Qarabörk kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində keçirilmişdir.
Səyyar qəbulda 5 nəfərin 5 müraciəti dinlənilmişdir.
Müraciətlərdən 1 nəfəri yaşadığı evə gələn təbii qaz xəttinin yararsız olan 60 metr hissəsinin dəyişdirilərək yenisi ilə əvəz edilməsinə, 1 nəfəri məktəbə gedən yolun 500 metr hissəsinin təmir olunmasına, 2 nəfəri su arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfəri şirə kanalının qazılaraq lildən təmizlənməsinə köməklik barədə edilmişdir.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.