Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Təzə Şilyan (Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində səyyarı qəbulu keçirilib
2018-ci ilin dekabr ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Təzə Şilyan (Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi) kəndində keçirilmişdir.
Səyyar qəbulda 8 nəfərin 8 müraciəti dinlənilmişdir.
Müraciətlərdən 1 nəfəri həyətyanı sahəsinin yanından keçən su arxının üzərində olan su ötürücü borunun iri diametrli boru ilə əvəz edilməsinə, 1 nəfəri kəndə verilən təbii qazın təzyiqinin artırılmasına, 1 nəfəri xəstə uşağına mərkəzi xəstəxanadan verilən güzəştli dərmanlarla tam təmin olunmasına, 1 nəfəri kənddə salınmış 4,0 ha tut bağının ətrafını mal-qaradan qorumaq məqsədilə qazıılmış kanalın təmizlənməsinə, 1 nəfəri dirəklərdəki elektrik xətləri boşalmişdır, onların dartılaraq təhlükəsizlik vəziyyətinə gətirilməsinə, 1 nəfəri su arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfəri traktorçudur, işlə təmin olunmasına və 1 nəfəri torpaq bölgüsü zamanı pay torpaq sahəsi verilmədiyinə görə, pay torpaq sahəsinin verilməsinə köməklik barədə edilmişdirlər.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.