Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən “Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə” mövzusunda əlaqədar tədbir keçirililib

24 dekabr 2018 | 16:00

Ucar şəhəri Heydər Əliyev mərkəzində Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən “Narkomanlığın mahiyyəti, doğurduğu fəsadlar və onunla mübarizə” mövzusunda əlaqədar tədbir keçirilildi.

Tədbiri rayon komissiyasının katibi Ucar rayon İcra Hakimiyyəti Aparatının hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə giriş sözü ilə açmışdır.

Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Üzrə Dövlət Komissiyasının İşçi Qrupunun  əməkdaşı Raqif Allahverdiyev məruzə ilə çıxış etmiş, məruzə ətrafında rayon Gənclər və İdman idarəsinin rəis müavini Mirmehdi Heydərov və şəhər 3 saylı tam orta məktəbin direktoru Vüqar Məlikov çıxışlar etdilər.

Tədbirin sonunda iştirakçılara video çarx nümayiş etdirilmişdir.

Keçidlər