Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni 2019-cu il" münasibətilə tədbir keçrilib

27 dekabr 2018 | 16:00

Ucar rayonunda "31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü" və "Yeni 2019-cu il"  münasibətilə Ucar rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə tədbir keçrildi.

Tədbirdə YAP rayon təşkilatının Şura, Gənclər Birliyi və Qadınlar Şurasının və Nəzarət Təftiş Komissiyasının  üzvləri, rayonun idarə, təşkilat rəhbərləri və rayon ictimayyətinin nümayəndələri iştirak etdilər.

Ucar rayon İcra Hakimiyyətinin başcısının müavini, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva 2018- ci ildə YAP Ucar rayon təşkilatı tərəfindən 2018-ci ildə görülmüş işlər barədə arayışı təqdim etdi. Qeyd olundu ki, 2018-ci ildə olkəmizdə keçrilən Prezident seçkilərində Ucar rayon  içtimayyəti fəal içtirak edərək ölkə başcısı cənab İlham Əliyevə səs veriblər. Rayonda quruculuq, abadlıq işləri davam edib. Rayonun Təzə Şilyan, Bərguşad, Əlikənd, Ramal kəndlərinə mavi qaz verilib. Kəndarası yollara asfalt vurulub. Başlanılmış işlər 2019-cu ildə də uğurla davam etdiriləcəkdir.

Tədbirdə şəhər 5 nömrəli tam orta məktəbin direktoru Hakim Nəcəfov, Ucar Tarix-Diyarşünaslıq Muzeyinin direktor müavini Nəzakət Qasımova, rayon Təhsil şöbəsinin müdiri Fuad İsrafilov çıxış edərək çalışdıqları kollektivin üzvləri görülmüş işlərin uğurla gələcək illərdə də davam etdirilməsini, üzərilərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə çalışmaqla ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx sıralarla birləşdiklərini bir daha vurğuladılar.

Tədbirdə rayonun ictimai-siyasi həyatında fəallıqları ilə seçilən YAP üzvlərinə YAP Ucar rayon təşkilatının Fəxri Fərmanı və qiymətli hədiyyələr təqdim olundu.

Keçidlər