Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Boyat kəndində səyyarı qəbulu keçirilib
16 yanvar 2019 | 16:00
2019-cu ilin yanvar ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Boyat kəndində keçirilmişdir.
Səyyar qəbulda 5 nəfərin 6 müraciəti dinlənilmişdir.
Müraciətlərdən ikisi pay torpaq sahəsinin suvarılmasına, 1 nəfəri şirə kanalının aşağı hissəsinin qazılaraq lildən təmizlənməsinə, 1 nəfəri yaşadığı evin yaxınlığında yerləşən 2 işıq dirəyinin yenisi ilə əvəz edilməsinə, 2 nəfəri su arxının qazılaraq lildən təmizlənməsinə köməklik barədə edilmişdirlər.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.