Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Pirkənd kəndində səyyarı qəbulu keçirilib
2019-cu ilin yanvar ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Pirkənd kənd inzibati ərazi dairəsində keçirilmişdir.
Səyyar qəbulda 4 nəfərin 4 müraciəti dinlənilmişdir.
Müraciətlərdən 1 nəfər “Gümüşlü” adlanan pay torpaq sahələrinə getmək üçün texnika verilərək yolun hamarlanmasına, 1 nəfər əkin sahəsinin suvarılması üçün şirə kanalının 1,5 km hissəsinin qazılaraq lildən təmizlənməsinə, 1 nəfər Küçəkənd kənd tam orta məktəbinin yaxınlığında olan şirə kanalının 200 metr hissəsinin qazılaraq lildən təmizlənməsinə, 1 nəfər Pirkənd kənd tam orta məktəbinin yaxınlığında olan beton arxdan əkin sahələrinə gedən qol arxının qazılaraq lildən təmizlənməsinə köməklik barədə etmişdilər.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.