Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Məlikballı (Qazıqumlaq kənd inzibati ərazi dairəsi) kəndində səyyarı qəbulu keçirilib

06 fevral 2019 | 16:00

2019-cu ilin fevral ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Məlikballı (Qazıqumlaq kənd inzibati ərazi dairəsi) kəndində keçirilmişdir.

Səyyar qəbulda  5 nəfərin 5 müraciəti dinlənilmişdir.

Müraciətlərdən 1 nəfər yaşadığı evin yaxınlığında qəzalı olan işıq dayağının dəyişdirilərək yenisi ilə əvəz edilməsinə, 1 nəfər qızının  yaşadığı evə elektrik enerjisini hesablayan yeni smart kart tipli sayğac quraşdırılmış, amma elektrik enerjisindən istifadə üçün kart verilmədiyindən kartın elektrik şəbəkəsindən alınmasına, 1 nəfər ünvanlı sosial yardımın alınmasına, 1 nəfər “Qərəmətli” adlanan su arxının qazılaraq lildən təmizlənməsinə və 1 nəfər tut bağı salmaq üçün bələdiyyə tərəfindən 0,5 ha torpaq sahəsinin ayrılmasına köməklik barədə etmişdilər.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər