Şriftin ölçüsü :

Saytın rəngi :

AR Prezidentliyinə seçkilərlə əlaqədar YAP Ucar rayon təşkilatı təbliğat-təşviqat kompaniyası Qazyan, Boyat və Quləbənd kəndlərində

19 sentyabr 2013 | 15:00

18 sentyabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidentliyinə seçkilərlə əlaqədar YAP Ucar rayon təşkilatı rayonun Qazyan, Boyat və Quləbənd kəndlərində keçirdiyi görüşlərdə Azərbaycan Respublikası Miili Məclisinin deputatı Elton Məmmədov və Azərbaycan Qızlar Universitetinin rektoru Ağarəhim Rəhimov çıxış edərək Partiyanın namizədi cənab İlham Əliyevin seçki platformasını seçicilərə çatdırmış, seçkilərdə seçiciləri qələbə çalmağa səsləmişlər.

Seçicilər adından Qazyan kənd sakinləri – kənd tam orta məktəbin müəllimi Yaqut Zeynalova və Qəhrəman Əliyev, Boyat kənd tam orta məktəbin direktoru Bəylər Mirzəyev, Quləbənd kənd tam orta məktəbin müəllimi Elnarə Şıxaliyeva çıxış edərək birmənalı olaraq kənd sakinlərinin İlham Əliyev cənablarının dəstəklədiklərini bildirmişlər.

Keçidlər