Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranma günü qeyd olunub

13 fevral 2019 | 16:00

13 fevral 2019-cu il tarixdə saat 1100-da Heydər Əliyev Mərkəzinin konfrans zalında Ucar Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasının 7-ci ildönümü münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə  gül dəstələri qoydular.

Dövlət Himni səsləndirildi.

Tədbiri rayon İcra Hakimiyyəti Başçısının müavini–İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva açaraq qeyd etdi ki, bu gün Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranmasından 7 il ötür. Ötən dövr ərzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində bütün sahələr üzrə uğur və inkişafa nail olunmuşdur. Ali Baş Komandanın müəyyən etdiyi ordu quruculuğu sahəsindəki dövlət siyasətinin tələb olunan səviyyədə icrasına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən əsaslı tədbirlər görülmüş, düşməni hər an məhv etmək iqtidarına malik nizamlı ordumuz günü-gündən daha da güclənmiş, inkişaf etmişdir. Ötən qısa müddətdə Dövlət Xidməti Ali Baş Komandanın diqqət və qayğısı nəticəsində inkişaf yolu keçmiş, ordu quruculuğu prosesinin təkmilləşdirilməsinə öz töhfələrini vermişdir.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinə təbrik məktubu oxundu. 

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar rayon şöbəsinin rəisi Asif Nemətov şöbənin fəaliyyəti və qarşıda duran vəzifələr  haqqında məruzə etdi.

Qarabağ  əlilləri, şəhid  ailələri  və ictimai   birliyi  rayon təşkilatının sədri, Rəstəcə kənd tam orta məktəbin direktoru Rahib Rəsulov, rayon Ağsaqqallar Şurasının sədri Mirzalı Ağamalıyev, rayon Polis şöbəsinin rəisi Eldar Paşayev, Heydər Əliyev adına Ali Hərbi Məktəbin 1-ci kurs müdavimi Kamran Alızadə,  Qazıqumlaq kənd 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Aydın Manafov, rayon Gənclər və İdman  İdarəsinin rəisi Əhliman İbrahimov çıxışlarında qeyd etdilər ki, Azərbaycanda səfərbərlik hazırlığı işinin təşkili, vətəndaşların ilkin hərbi qeydiyyata alınması, xidmətə hazırlanması, müddətli həqiqi hərbi xidmətə çağırılması, yola salınması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması sahəsində mühüm işlər görülmüşdür. Məhz bunun nəticəsidir ki, Azərbaycan Respublikası Prezidentinin hərbi xidmətə çağırış haqqında verdiyi Fərmanlar rayonumuzda həmişə vaxtında icra olunmuş, çağırış tapşırıqlarına artıqlaması ilə əməl olunmuşdur.

Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin diqqət və qayğısı ilə uğurla davam etdirilən ordu quruculuğu prosesi yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan Ordusu istənilən an düşmənə sarsıdıcı zərbə vurmaq, torpaqlarımızı işğaldan azad etmək iqtidarındadır. Ordumuzda ruh yüksəkliyi və vətənpərvərlik hissləri olduqca yüksəkdir. 2016-cı ilin Aprel döyüşləri bunu nəinki düşmənə, bütün dünyaya nümayiş etdirdi.

Keçidlər