Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Bağlırbəyli (Quləbənd kənd inzibati ərazi dairəsi) kəndində səyyarı qəbulu keçirilib
2019-cu ilin fevral ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Bağlırbəyli (Quləbənd kənd inzibati ərazi dairəsi) kəndində keçirilmişdir.
Səyyar qəbulda 5 nəfərin 5 müraciəti dinlənilmişdir.
Müraciətlərdən 1 nəfər pay torpağına gedən su arxının qazılaraq lildən təmizlənməsinə və arxın üzərindəki borunun dəyişdirilməsinə, 1 nəfər istismar müddəti bitmiş 3 ədəd işıq dayağının və 200 metr kabelin dəyişdirilərək yenisi ilə əvəz edilməsinə, 1 nəfər pay torpaqlarının ətrafında olan şirə kanalının qazılaraq lildən təmizlənməsi üçün texnika verilməsinə, 1 nəfər 3 ədəd işıq dayağının kəndarası yolun kənarından çıxardılaraq bir neçə metr aralıda basdırılaraq yerinin dəyişdirilməsinə və 1 nəfər Bakı-Qazax magistral yolda kəndin giriş hissəsində Quləbənd kəndinin adını əks etdirən lövhənin yazılıb quraşdırılmasına köməklik barədə etmişdilər.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.