Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Xələc kəndində səyyarı qəbulu keçirilib

20 fevral 2019 | 16:00

2019-cu ilin fevral ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Xələc kəndində keçirilmişdir.

Səyyar qəbulda  4 nəfərin 4 müraciəti dinlənilmişdir.

Müraciətlərdən 1 nəfər yaşadığı evin yaxınlığında keçən elektrik xəttlərinin altında olan yaşıl kütlələrin təmizlənməsinə, 1 nəfər zərdab rayonunun Çallı kəndindən gələn "Qızlıq" su arxından əkin sahələrimizi suvarma suyu ilə təmin edilməsinə, 1 nəfər Xələc kəndinin sakinlərinə məxsus olan 30,0 hektar pay torpaqlarında Lək kənd sakini Cəbrayılov Ramil Əmirxan oğlu tərəfindən əkinlə məşğul olunmasına imkan vermir. Neçə illərdir saxladığı heyvanlarını  qanunsuz olaraq həmin torpaq sahələrindən örüş yeri kimi istifadə edir. Həmin torpaqlardan əkin üçün istifadə edilməsinə və 5,0 ha torpaq sahəsinə gübrə verilməsi üçün 1,2 ton ammofos mineral gübrəsinin alınmasına köməklik barədə etmişdilər.

Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.

Keçidlər