Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Yuxarı Çiyni (Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi) kəndində səyyarı qəbulu keçirilib
2019-cu ilin fevral ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Yuxarı Çiyni (Ənvər Məmmədxanlı kənd inzibati ərazi dairəsi) kəndində keçirilmişdir.
Səyyar qəbulda 6 nəfərin 7 müraciəti dinlənilmişdir.
Müraciətlərdən 1 nəfər su arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər 55,0 ha əkin sahələrinin suvarılması məqsədilə su arxının uzərində yerləşən su ötürücü borunun yenisi ilə əvəz edilməsinə, 1 nəfər yaşadığı evin yaxınlığında yerləşən elektrik dayağının qəzalı vəziyyətdə olduğu üçün yenisi ilə əvəz olunmasına, 2 nəfər şirə kanalının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər 8 ailəyə verilən elektrik enerjisi zəif olduğuna görə elektrik xətlərində yaranan nasazlıqları aradan qaldırılmasına və 1 nəfər yaşadığı evin yaxınlığında keçən qaz borusunda sızma var, təmir edilməsinə köməklik barədə etmişdilər.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.