Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Şahlıq (Əlikənd kənd inzibati ərazi dairəsi) kəndində səyyarı qəbulu keçirilib
06 mart 2019 | 16:00
2019-cu ilin mart ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Şahlıq (Əlikənd kənd inzibati ərazi dairəsi) kəndində keçirilmişdir.
Səyyar qəbulda 4 nəfərin 4 müraciəti dinlənilmişdir.
Müraciətlərdən 1 nəfər su arxının qazılaraq lildən təmizlənməsinə, 2 nəfər şirə kanalının qazılaraq lildən təmizlənməsinə və 1 nəfər bələdiyyə torpağından 1,0 ha torpaq sahəsinin əkin məqsədilə icarəyə verilməsinə köməklik barədə etmişdilər.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.