Şriftin ölçüsü :

Saytın rəngi :

Ucarlı məktəblilər “Ölkəmizi taniyaq” tur-aksiyaya yola salınıb

15 mart 2019 | 16:00

14 mart 2019-cu il tarixdə Ucar rayon Heydər Mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən orta ümumtəhsil məktəblərinin şagirdləri üçün “Ölkəmizi tanıyaq” tur aksiyasının növbəti mərhələsində iştirak edəcək Ucarlı məktəblilərlə görüş keçirilmişdir.

Rayon İcra Hakimiyyəti Başçısı Aparatının, rayon Təhsil şöbəsinin, rayonun ümumtəhsil məktəblərinin direktorları, valideynlər və rayon ictimaiyyətinin nümayəndələrinin iştirak etdiyi tədbiri açan Ucar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov gənc nəslin hərtərəfli inkişafı, dərin biliklərə sahib olması, əsl Azərbaycan vətəndaşı kimi böyüməsi, milli-mənəvi dəyərlər ruhunda tərbiyə alması və geniş dünyagörüşünə malik olması üçün dövlət tərəfindən tədbirlər görüldüyünü və daim diqqət mərkəzində saxlanıldığını qeyd edərək “Ölkəmizi tanıyaq” tur aksiyasının da dövlətin gənclərə göstərdiyi qayğının bariz nümunəsi olduğunu vurğulayıb.

Layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyev cənablarının təsdiq etdiyi “Dövlət Proqram”ları nəticəsində respublikamızın dinamik inkişafı, abadlaşan şəhər və rayonlarımızı əyani görməkdir.

40 nəfər  Ucar məktəbliləri 15-18 mart 2019-cu il tarixlərdə Lənkəran-Masallı-Astara rayonlarında olacaq, rayonların vacib əhəmiyyətli, tarixi yerlərinə ekskursiya edəcəklər.

Şəhər 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Fatimə İsmayılova, şəhər 3 saylı tam orta məktəbin 11-ci  sinif şagirdi Aydan Məhərrəmli, Qazıqumlaq kənd 1 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Yusif Qədirov, rayonun Lək kənd 2 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Camal Ağayev, valideyn Vüsalə  Əliyarova çıxış edərək “Ölkəmizi taniyaq” tur-aksiyasının təşkili üçün Ölkə Prezidenti Cənab İlham Əliyevə minnətdarlığını ifadə etdilər.

Musiqi proqramı təqdim olundu.

Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.

15 mart 2019-cu il tarixdə səhər saat 8:00-da məktəblilər təntənəli surətdə yola salınmışlar.

Keçidlər