Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Lək kəndində səyyarı qəbulu keçirilib
13 mart 2019 | 16:00
2019-cu ilin mart ayında başçının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Lək kəndində keçirilmişdir.
Səyyar qəbulda 4 nəfərin 4 müraciəti dinlənilmişdir.
Müraciətlərdən 2 nəfər su arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər “Çölöylü” adlanan məhəllənin yoluna çınqıl daşı tökülərək hamarlanmasına və 1 nəfər qonşusu tərəfindən ümumi istifadə olunan yolu bağlayaraq, heç kimin yoldan istifadə etməsinə imkan vermir, yolu açaraq istifadə edilməsinə köməklik barədə etmişdilər.
Müraciətlərin icrası ilə əlaqədar aidiyyatı təşkilatlara tapşırıqlar verildi.