Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda Novruz bayramı ilə bağlı növbəti ərzaq məhsullarının satışı yarmarkası keçirilir

16 mart 2019 | 16:00

Ucar şəhərinin Koroğlu küçəsində Novruz yarmarkası fəaliyyət göstərilərək əhalinin sərbəst alış-verişi üçün lazım olan şərait yaradılıb. Martın 16-dan hər gün fəaliyyət göstərən bayram yarmarkasında satışa çıxarılan məhsullar həm keyfiyyəti, həm də ucuzluğu ilə sakinləri razı salır.

Novruz yarmarkasına kəndli fermer təsərrüfatları və sahibkarlar tərəfindən hər gün müxtəlif növ məhsullar, o cümlədən ət, süd, yağ, yumurta, meyvə-tərəvəz və sair çıxarılır.

Satışa çıxarılan ekoloji təmizliyi ilə seçilən məhsullar alıcılara bazar qiymətindən 15-20 faiz aşağı təklif olunur.

Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yarmarkada yerli icra nümayəndəlikləri və bələdiyyələr fəal iştirak edirlər.
Bayram yarmarkası martın 21-dək davam edəcək.

Keçidlər