Ucarda Novruz bayramı münasibəti ilə ümumrayon şənliyi keçirilib
19 mart 2019-cu il tarixdə Ucarlılar Novruz adətlərinə uyğun olaraq bayram tədbiri keçirdilər. Rayon İcra Hakimiyyətinin Başçısı və rayon fəalları əvvəlcə Heydər Əliyevin abidəsi önünə tər çiçəklər qoydular.
Heydər Əliyev meydanına toplaşan minlərlə ucarlını icra hakimiyyətinin başçısı cənab Mənsur Məmmədov bayram münasibəti ilə təbrik etdi. Bildirdi ki, əkinçilik, məhsul bolluğu etiqadları ilə bağlı yaranmış Novruz bayramı tarixin bütün dövrlərində dostluq, barışıq, təbiətin oyanışı, yazın gəlişi və yeniləşmə rəmzi kimi insanlar da saf niyyətlər, xoş arzular yaradıb. Əsrlər boyu yadelli qüvvələr Novruz adətlərini unutdurmağa, milli mənəvi dəyərlərimizə zərbə vurmağa çalışsalar da bəd niyyətlərinə nail ola bilməyiblər. Tarixi müstəqilliyinə qovuşan xalqımız digər böyük adət-ənənələrinə sahib çıxdığı kimi bu müqəddəs bayramını da daima uca tutub. Ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü ilə artıq illərdir ki, bahar bayramı dövlət səviyyəsində qeyd edilir.Meydanda bahar tonqalı alovlandırıldi. Bahar qızı xalqımıza bol ruzi, əminamanlıq arzuladı.Keçəl və kosanın məzəli oyunları, baharı tərənnüm edən poeziya nümunələri və digər novruz adətlərinin icrası şənliyi daha da yadda qalan edib. Meydan boyu müxtəlif kəndlərdən gəlmiş sakinlər yuxa, qutab, aş, şəkərbura və paxlava bişiriblər.
Məktəblilərin və uşaq baxçalarında təlim tərbiyə alan körpələrin əl işlərindən ibarət sərgilər maraqla qarşılanıb. Novruzun qədimliyindən və milli adət-ənənələrimizin zənginliyindən soraq verən ayrı-ayrı səhnələr iştirakçılarda xoş hisslər yaradıb.