Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon Heydər Əliyev Mərkəzində YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin V hesabat - seçki konfransı keçirilib

13 aprel 2019 | 16:00

13 aprel 2019-cu il tarixdə Ucar rayon Heydər Əliyev Mərkəzində YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin V hesabat - seçki konfransı keçirildi.  Konfransda 69 ərazi təşkilatından 200 nəfər iştirak edirdi.

Konfrans iştirakçıları əvvəlcə Heydər Əliyev xatirə parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.  Dövlət Himni səsləndirildi.

YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva Gənclər Birliyinin V hesabat - seçki konfransını açaraq qeyd etdi ki, bu gün 4010 nəfər üzvünün birləşdiyi Yeni Azərbaycan Partiyası Ucar rayon təşkilatı Gənclər Birliyinin konfransına toplanmışdır. Qeyd olundu ki, hazırda rayon təşkilatında 4010 nəfər YAP üzvünün 1120 nəfərini gənclər təşkil edir. Bunlardan 781 nəfəri qadın, 567 nəfəri ali, 289 nəfəri orta ixtisas, 264 nəfəri orta təhsilli olmaqla onlardan 563 nəfəri təhsil, 101 nəfəri mədəniyyət, 123 nəfəri səhiyyə, 120 nəfəri idarəetmə orqanlarında və 126 nəfəri digər idarə və müəssisələrdə işləyirlər. 

YAP Ucar rayon təşkilatının Gənclər Birliyinin sədri Ceyhun Qəhrəmanov hesabat məruzəsi etdi.

Məruzə ətrafında rayon İcra Hakimiyyəti Başçısının Müsüslü kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Kamran Babaşlı, YAP Ucar rayon təşkilatı Aparatında kompyuter üzrə mütəxəsisi Ülvi Qəhrəmanzadə, Ucar rayon Heydər Əliyev Mərkəzinin direktoru Mətanət Qəribova, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Ucar rayon şöbəsində Sosial Yardım və Müavinətlər sektorunun müdiri Oruc Piriyev çıxış edərək qeyd etdilər ki, müasir tariximizin bir qərinədən artıq mərhələsi müdrik dövlət xadimi, ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan dövlətçiliyinin müasir tarixinə öz adını əbədi həkk etdirmiş bu nadir şəxsiyyətin, siyasi xadimin ölkəmizə rəhbərlik etdiyi illər intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Heydər Əliyevin siyasi və dövlət fəaliyyətinin ən böyük nəticəsi quruculuğuna bilavasitə rəhbərlik etdiyi və xalqımıza bəxş etdiyi mükəmməl milli dövlət, müstəqil Azərbaycan Respublikası hesab olunur. Bu gün respublikamızın dünya birliyində  söz sahibinə çevrilməsinin əsasını da ulu öndər Heydər Əliyev qoymuşdur.

"YAP sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, indi artıq Azərbaycan cəmiyyətində özünəməxsus yer tutmuş bir partiyadır". Ümummilli Liderin bu tezisi ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan, illər keçdikcə sıraları kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmlənən, ən başlıcası milyonların partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının dünəninə, bu gününə və gələcəyinə bələtçilikdir.

Konfransın Qətnaməsi qəbul olundu.

19 nəfərdən ibarət YAP Ucar rayon təşkilatının Gənclər Birliyinin Şura üzvü və 11 nəfərdən ibarət İdarə Heyəti seçildi.

Ülvi Qəhrəmanzadə  YAP Ucar rayon təşkilatı Gənclər Birliyinin sədri, Vüqar Səlimov və Yusif Məmmədov sədrin müavinləri seçildilər.

2 nəfər YAP Gənclər Birliyinin ümumrespublika konfransına nümayəndə seçildi.

Konfransın işində iştirak edən Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Firdovsi Əliyev və Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, YAP Gənclər Birliyinin sədri Seymur Orucov çıxış  edərək Azərbaycan dövlətinin gənclərə göstərdiyi yüksək diqqət və qayğıdan, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkəmizin sosial-iqtisadi, ictimai-mədəni, eləcə də idman həyatında gənclərin uğurlarından danışıblar. Ucar rayon gənclərinin bundan sonra da ölkəmizin ictimai həyatında fəal iştirak etməy çağıraraq Gənclər Birliyi üzvlərinin rolu yüksək qiymətləndiriblər.

Keçidlər