Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı cənab Mənsur Məmmədovun Müsüslü kəndində səyyarı qəbulu keçirildi

24 aprel 2019 | 16:00

2019-cu ilin aprel ayında Ucar rayon İcra Hakimiyyəti başçısının, Aparatın məsul işçiləri, səhiyyə, təhsil, mədəniyyət, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlərinin iştirakı ilə inzibati ərazi dairələri üzrə nümayəndəliklərində səyyarı qəbulların keçirilməsi davam etdirilməklə, növbəti qəbul Müsüslü kəndində keçirilmişdir.

RİH-nin başçısı Prezident İlham Əliyev tərəfindan aparılan sosialyönümlü islahatlar, ölkəmizdə əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində əhalinin sosial müdafiəsinin və həyat səviyyəsinin gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb. Vətəndaşların maddi, mənəvi tələbatlarının ödənilməsi ilə bağlı onlara şərait yaradılması istiqamətində aparılan işlərin bu gün Azərbaycan dövlətinin prioritetlərindən olduğunu vurğulayan RİH-nin başçısı, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayandığını bildirib.

Əhalinin sosial rifahının yaxşılaşdırılmasına dair dövlətimizin başçısı tərəfindən imzalanan fərman və sərəncamların hamısının vətəndaş məmnunluğunun artırılmasına yönəldildiyini deyən natiq minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlərin həyata keçirilməsi istiqamətində aparılan islahatların sosialyönümlülük və humanizm prinsiplərinə əsaslandığını bildirib. RİH-nin başçısı qəbul olunan dövlət proqramlarının icrası nəticəsində bütün regionlarda, o cümlədən Ucar rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib.

Səyyar qəbulda  9 nəfərin 9 müraciəti dinlənilmişdir.

Müraciətlərdən 2 nəfər yaşadığı evin həyətində yerləşən qəzalı olan elektrik dayağının dəyişdirilərək yenisi ilə əvəz edilməsinə, 1 nəfər şirə kanalının qazılaraq lildən təmizlənməsinə, 4 nəfər kəndin müxtəlif yerlərində olan su arxlarının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər Müsüslü kəndinin dörd yol deyilən ərazisində yerləşən yerdən hündürlüyü az olan elektrik dayağının çıxarılaraq yenidən dayağın hündür qoyulmasına və 1 nəfər əkin sahəsinin suvarılması məqsədi ilə su arxına boru qoyulmasına köməklik barədə etmişdilər.

Müraciətlərlə bağlı əlaqədar təşkilatlara rayon rəhbəri tərəfindən aidiyyəti tapşırıqlar verilib.

Keçidlər