Ucar rayonunda əhalinin kütləvi tibbi müayinəsi davam etdirilir
Ucar rayonunda əhalinin kütləvi tibbi müayinəsi davam edir və artıq 59216 nəfər bu humanist aksiyadan yararlanıb.
Rayon mərkəzi xəstəxanasında Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən aksiya əhali tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanıb. Rayon üzrə 62751 nəfərin bu humanist aksiyadan yararlanması nəzərdə tutulur.
Fevralın 12-dən 01 may 2019-cu il tarixə qədər müayinə olunanların 3157 nəfəri ambulator, 86 nəfəri stasionar müalicəyə cəlb edilib. 23 nəfərin üzərində cərrahiyyə əməliyyat aparılıb. 17 nəfər isə müayinə üçün ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilib.
Əhalinin tibbi müayinəsi rayon mərkəzi xəstəxanasında, Zərifə Əliyeva adına Qazıqumlaq və Bərgüşad kənd xəstəxanalarında aparılır. Ayrı-ayrı sahələr üzrə ixtisaslı həkimlərdən təşkil olunan 3 səyyar briqada səhiyyə ocaqlarına gəlmək imkanı olmayan ahıl və xəstə insanlara evlərində xidmət göstərir.