Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Boyat kənd inzibati ərazi dairəsində səyyarı qəbulu keçirilib
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi, vətəndaş-məmur münasibətlərində şəffaflığın təmin edilməsi barədə tapşırıqları Ucar rayonunda daim diqqət mərkəzində saxlanılır.
Ölkə başçısının tapşırığına əsasən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü rayonun Boyat kənd inzibati ərazi dairəsində keçirilmişdir.
Qəbulun Aparatın məsul işçiləri, səhiyyə, təhsil, mədəniyyət, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlərinin iştirakı ilə keçirilmiş, RİH-nin başçısı Prezident İlham Əliyev tərəfindan aparılan sosialyönümlü islahatlar, ölkəmizdə əldə edilən iqtisadi və siyasi uğurlar nəticəsində əhalinin sosial müdafiəsinin və həyat səviyyəsinin gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb. Vətəndaşların maddi, mənəvi tələbatlarının ödənilməsi ilə bağlı onlara şərait yaradılması istiqamətində aparılan işlərin bu gün Azərbaycan dövlətinin prioritetlərindən olduğunu vurğulayan RİH-nin başçısı, Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amili, vətəndaşların mənafeyi dayandığını bildirmişdir.
Əhalinin sosial rifahının yaxşılaşdırılmasına dair dövlətimizin başçısı tərəfindən imzalanan fərman və sərəncamların hamısının vətəndaş məmnunluğunun artırılmasına yönəldildiyini deyən natiq minimum əməkhaqqının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlərin həyata keçirilməsi istiqamətində aparılan islahatların sosialyönümlülük və humanizm prinsiplərinə əsaslandığını bildirib. RİH-nin başçısı qəbul olunan dövlət proqramlarının icrası nəticəsində bütün regionlarda, o cümlədən Ucar rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib.
Səyyar qəbulda 6 nəfərin 6 müraciəti dinlənilmişdir.
Müraciətlərdən 1 nəfər yaşadığı evin qaz sayğacı nasaz olduğu üçün yeni sayğac quraşdırılmış və sayğacın möhürlənməsinə, 3 nəfər şirə kanalının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər əkin sahəsinə gedən yolun texnika ilə hamarlanmasına və 1 nəfər yaşadığı evin yaxınlığından keçən su arxından həyətyanı sahəsinin suvarılması məqsədilə qol su arxı çəkilməsinə qonşuları tərəfindən maneəçilik törədilməsinə köməklik barədə etmişdilər.
Müraciətlərlə bağlı əlaqədar təşkilatlara rayon rəhbəri tərəfindən aidiyyəti tapşırıqlar verilib.