Şriftin ölçüsü :

Saytın rəngi :

“Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda təlim keçirilib

03 may 2019 | 16:00

03 may  2019-cu il  tarixdə Heydər Əliyev Mərkəzinin konfrans zalında Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2019-ci il üzrə Tədbirlər Planında yerli icra hakimiyyətlərində yaradılmış Gender zorakılığı və Uşaqlara qarşı zorakılıq üzrə monitorinq qruplarına “Məişət zorakılığının qarşısının alınması mexanizmləri” mövzusunda təlim keçirilmişdir.

Təlimdə monitorinq qrupunun üzvləri, Yetkinlik yaşına çatmayanların işləri və hüquqları komissiyalarının üzvləri, şəhər məktəb direktorları və psixoloqları  iştirak etmişdir.

Tədbiri monitorinq qrupunun sədri, Ucar Rayon İcra Hakimiyyəti Başçısının müavini–ictimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Şəhla Abdullayeva açaraq monitorinq qrupunun, Yetkinlik yaşına çatmayanların işləri və hüquqları komissiyalarının və Qəyyunluq və Himayə orqanının gördüyü işlər barədə ətraflı məlumat verdi.

Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat Rəhbəri Ceyran Rəhmətullayeva  və komitənin hüquq şöbəsinin müdiri Taliyə İbrahimova “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından görülən və görüləcək işlər haqqında məlumat verildi.

Monitorinq qrupunun üzvləri və müvafiq qurumların nümayəndələri mövcud vəziyyətlə bağlı müzakirələr aparıldı.

Keçidlər