Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Qaracallı (Pirkənd kənd inzibati ərazi dairəsi) kəndində səyyarı qəbulu keçirilib

15 may 2019 | 16:00

Ölkə başçısının tapşırığına əsasən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü rayonun Qaracallı (Pirkənd kənd inzibati ərazi dairəsi) kəndində keçirilmişdir.

Səyyar qəbulda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin məsul işçisi cənab Qalib Əsgərov, rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlərinin iştirakı ilə keçirilmiş görüşdə ötən ildə qazanılmış uğur və nailiyyətlərdən, həyata keçirilən layihələrdən, eləcə də qarşıda duran vəzifələrdən danışılıb. Qeyd olunan uğur və nailiyyətlərlə yanaşı, sakinləri narahat edən məsələlər və qayğılar da dinlənilib.

Görüşdə sakinlərin diqqətinə çatdırıb ki, bu gün respublikamızın bütün bölgələri günü-gündən inkişaf edir, abadlaşır, müasir görkəm alır. Səyyar qəbulların qrafikinə uyğun olaraq sizinlə görüşə gəlmişik. Hər bir görüşdə olduğu kimi, bugünkü görüşün də əsas məqsədi siz sakinləri narahat edən məsələləri öz dilinizdən eşitmək və həlli istiqamətində əməli işlər görməkdir. Həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır.

Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə göstərilən diqqət və qayğıdan söhbət açan rayon rəhbəri şəhidlərimizə, onların ailə üzvlərinə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə davam etdiriləcəyini bildirib.

Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan fərman və sərəncamlardan söz açan icra hakimiyyətinin başçısı qeyd edib ki, bu fərman və sərəncamların hər biri ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına xidmət göstərir.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda  9 nəfərin 9 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin müraciətlərindən 2 nəfər su arxının qazılaraq lildən təmizlənməsinə, 2 nəfər şirə arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər Pirkənd kənd tam orta məktəbin yaxınlığında olan məktəblilərin istifadə etdikləri yeraltı piyada keçidin təmizlənməsinə, 1 nəfər qəzalı vəziyyətdə olan elektrik dayağının dəyişdirilərək yenisi ilə əvəz edilməsinə, 1 nəfər yaşadığı evə gedən yola  bir maşın çınqıl daşı tökülərək hamarlanmasına,  1 nəfər yaşadığı evin həyətində yerləşən elektrik transformatorunun təmirinə və 1 nəfər yaşadığı evdə istifadə etdiyi elektrik enerjisi verilişi zəifdir, normal elektrik enerjisi ilə təmin olunması barədə köməkliklərlə bağlı olmuşdur.

Hər bir sakinin probleminə diqqətlə yanaşan Mənsur Məmmədov vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib.

Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər