Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Qazıqumlaq kəndində səyyarı qəbulu keçirilib

22 may 2019 | 16:00

Ölkə başçısının tapşırığına əsasən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü rayonun Qazıqumlaq kəndində keçirilmişdir.

Səyyar qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinlərinin iştirakı ilə keçirilmiş görüşdə ötən ildə qazanılmış uğur və nailiyyətlərdən, həyata keçirilən layihələrdən, eləcə də qarşıda duran vəzifələrdən danışılıb. Qeyd olunan uğur və nailiyyətlərlə yanaşı, sakinləri narahat edən məsələlər və qayğılar da dinlənilib.

Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı tərəfindən aparılan islahatlar haqqında sakinlərə ətraflı məlumat verib. İcra başçısı İlham Əliyevin son illərdə vətəndaşları daha çox narahat edən problemli kreditlər, təqaüdlərin və müavinətlərin, minimum əmək haqqı məbləğinin artırılması, şəhid ailələrinə verilən birdəfəlik müavinətlərin ödənilməsi və Prezident təqaüdlərinin artırılması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması və digər sosial problemlərin həllinə dair nəzərdə tutulan tədbirlər barədə də sakinləri məlumatlandırıb. Bu fərman və sərəncamların hər biri ölkə vətəndaşlarının sosial rifahının yaxşılaşdırılmasına xidmət göstərir.

Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.

Səyyar qəbulda  4 nəfərin 4 müraciəti dinlənilmişdir.

Kənd sakinlərinin müraciətlərindən 2 nəfər şirə arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər qəzalı vəziyyətdə olan elektrik dayağının dəyişdirilərək yenisi ilə əvəz edilməsinə və 1 nəfər qəzalı vəziyyətdə üstü açıq olan kabelin və elektrik sayğacının dəyişdirilməsi barədə köməkliklərlə bağlı olmuşdur.

Hər bir sakinin probleminə diqqətlə yanaşan Mənsur Məmmədov vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib.

Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.

Keçidlər