Ucar rayon İcra Hakimiyyəti Başçısı Mənsur Məmmədovun Quləbənd kəndində səyyarı qəbulu keçirilib
Ölkə başçısının tapşırığına əsasən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov mütəmadi olaraq vətəndaşlarla görüşür, onların problemlərini dinləyir, təklif və qayğıları ilə maraqlanır. 29 may 2019-cu il tarixdə Ucar RİH Başçısı Mənsur Məmmədovun kəndlərdə səyyar qəbulun qrafiki üzrə növbəti görüşü rayonun Quləbənd kəndində keçirilmişdir.
Səyyar qəbulda rayonun aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərləri, RİHB-nın ərazi inzibati dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri, kəndin digər xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişdir.
Səyyar qəbul-görüşdə çıxış edən Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov göstərilən dövlət qayğısından, son zamanlar həyata keçirilən layihələrdən və bundan sonra icrası nəzərdə tutulan işlərdən söz açıb. Natiq təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycan dövlətinin cənab Prezident İlham Əliyevin məqsədyönlü siyasəti ilə uğurla inkişaf etdiyini, əhalinin sosial rifahının yaxşılaşdırılmasına yönələn dövlət tədbirlərinin miqyasının getdikcə genişləndiyini, Cənab Prezident tərəfindən imzalanan çoxsaylı sərəncamlarla minimum əmək haqlarının, bütün növ müavinətlərin, pensiyaların, müharibə veteranları, əlilləri, şəhid ailələrinə verilən təqaüdlərin miqdarının əhəmiyyətli dərəcədə artırıldığını, problemli kreditlərin əhalinin xeyrinə həllini tapdığını diqqətə çatdırıb.İcra başçısı sosialyönümlü tədbirlərin bundan sonra da davam edəcəyini bildirərək, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, respublikamızda bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, doğma vətənimizin daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi əhəmiyyətli işlərə hər zaman dəstək olmağa çağırıb.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov sakinlərin müraciətlərini dinləyib.
Səyyar qəbulda 4 nəfərin 6 müraciəti dinlənilmişdir.
Kənd sakinlərinin müraciətlərindən 1 nəfər əkin sahələrinə gedən yolun texnika ilə hamarlanmasına, şirə kanalının 800 metr hissəsinin qazılaraq lildən təmizlənməsinə, qəzalı vəziyyətdə olan elektrik dayağının dəyişdirilərək yenisi ilə əvəz edilməsinə, 2 nəfər su arxının qazılaraq lildən təmizlənməsinə, 1 nəfər kəndə təbii qazın fasilələrlə verilməsi barədə köməkliklərlə bağlı olmuşdur.
Hər bir sakinin probleminə diqqətlə yanaşan Mənsur Məmmədov vətəndaşların müraciətlərinin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun olaraq həllinə dair aidiyyəti qurumların rəhbərlərinə tapşırıqlar verib. Qaldırılan məsələlərin bir qismi yerində həll edilib.
Sakinlər yerlərdə müraciətlərə baxılması üçün yaradılan şəraitdən razılıq edərək göstərdiyi diqqət və qayğıya görə möhtərəm Prezident cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildiriblər.