Ucar rayonunda Su təsərrüfatı və Meliorasiya işçiləri günü qeyd olunub
03 iyun 2019-cu il tarixdə Ucar Heydər Əliyev Mərkəzində “05 iyun-Su təsərrüfatı və meliorasiya işçiləri günü”nə həsr olunmuş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular.
Tədbirdə 2 saylı Su-Kanal Regional İdarəsinin, Ucar Su-Kanal Sahəsinin, Suvarma Sistemləri İdarəsinin, rayon Meliorasiya İdarəsi və rayon Melioservis İdarəsinin çoxsaylı işçiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.
2 saylı Su Kanal Regional İdarəsinin rəisi Əvəz Nəbiyev, rayon Meliorasiya İdarəsinin rəisi Həsən Qasımov, rayon Suvarma Sistemləri İdarəsinin rəisi Müşviq Məmmədov,rayon Su-Kanal Sahəsinin rəisi Asif Şirinov çıxış edərək su təsərrüfatı və meliorasiya işçilərinin qarşısında duran vəzifələr haqqında məlumat verdilər.
Rayon İcra Hakimiyyətinin Başçısı Mənsur Məmmədov su təsərrüfatı və meliorasiya işçilərini peşə bayramı münasibəti ilə təbrik etdi. Rayon İcra Hakimiyyəti Başçısının sərəncamı ilə fərqlənən işçilərə Fəxri Fərmanlar təqdim olundu.
Həmçinin “Azərsu” Səhmdar Cəmiyyəti tərəfindən təltif olunmuş işçilərə Fəxri Fərmanlar və hədiyyələr verildi.
Rayon Mədəniyyət Mərkəzinin hazırladığı musiqi proqramı alqışlarla qarşılandı.