Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda barama tədarükünə başlanılıb

07 iyun 2019 | 16:00

Ölkəmizdə ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verməkdədir.

Son illər Ucar rayonunda da baramaçılığın inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilir.

Bu gündən Ucar rayonunda yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə ucarlı istehsalçılardan 1710 kiloqram yaş barama qəbul olunub. Builki mövsümdə rayonda yaş barama istehsalının ötən illə müqayisədə 11,5 ton artırılaraq, 24,0 tona çatdırılması planlaşdırılır. Barama yetişdirilməsi ilə əlaqədar 157 kümçü ailəsi ilə müqavilə bağlanılıb, onlara 600 (11 min 400 qram) inkubasiya olunan ipəkqurdu toxumu paylanılıb.

Kənd sakinləri əlavə xərc və əziyyət çəkmədən bir aydan bir qədər çox barama qurdlarını tut yarpagı ilə qidalandırırlar.

Görülən  işlərin  nəticəsində  və  tədarük  olunan  məhsulun müqabilində   yüksək   gəlir   əldə   olunur.

Rayonun Yuxarı Şilyan, Boyat, Bərgüşad, Müsüslü və digər kəndlərində daha çox barama yetişdirlib. Artıq kənd sakinləri ərsəyə  gətirdikləri  məhsulun bar bərəkətini görməyə başalyıblar.

Yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azərİpək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Tədarük edilən barama “Azəripək” MMC tərəfindən ayrılmış nəqliyyat vasitəsilə gündəlik olaraq müəssisəyə yola salınır.

Keçidlər