Şriftin ölçüsü :

Saytın rəngi :

2018/2019–cu tədris ilinin yekunu ilə əlaqədar Ucar rayonunun 36 tam orta və 7 ümumi orta məktəbində “Son zəng” tədbirləri keçirildi.

14 iyun 2019 | 16:00

14 iyun 2019-cu il tarixdə 2018/2019–cu tədris ilinin yekunu ilə əlaqədar Ucar rayonunun 36 tam orta  və 7 ümumi orta məktəbində “Son zəng” tədbirləri  keçirildi.

2018/2019–cu tədris ilini Ucar rayonunun tam orta məktəbləri  üzrə 542 nəfər 11-ci sinfi, 846 nəfər 9-cu sinfi, ümumi orta  məktəbləri  üzrə  80 nəfər 9-cu sinfi, ümumilikdə rayon üzrə 9-cu sinfi 926 nəfər bitirəcəkdir.

Rayonun bütün təhsil müəssisələrində keçirilən “Son zəng” tədbirlərində Ucar rayonu İcra Hakimiyyəti Başçısı Aparatının məsul işçiləri, hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat  rəhbərləri  iştirak ediblər

Ucar rayon Heydər Əliyev adına Qazıqumlaq kənd 1 və 2 nömrəli tam orta məktəblərində də son zəng tədbiri keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov, rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov, məktəbin müəllim və şagird kollektivi və valideynlər iştirak ediblər.

Tədbirdə iştirak edən qonaqlar bu il məktəbi bitirən məzunları təbrik edib,gələcək işlərində uğurlar arzulayıblar. Məktəblilərin təqdim etdikləri musiqi və rəqs çələngi tədbir iştirakçılarına xoş ovqat bəxş edib.

Keçidlər