Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonunda 17 iyun-Tibb işçilərinin peşə bayramı qeyd olundu

14 iyun 2019 | 16:00

14 iyun 2019-cu il tarixdə Ucar rayon İcra Hakimiyyətinin və YAP Ucar rayon təşkilatının birgə təşkilatçılığı ilə Ucar rayon mərkəzi xəstəxanasında 17 iyun-Tibb işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə rayon mərkəzi xəstəxanasınan baş həkimi Zeynal Bayramlı açaraq qeyd etdi ki, tibb işçiləri bu bayramı ulu öndər Heydər Əliyevin 2001-ci il 4 iyun tarixli Sərəncamı əsasında qeyd edirlər. Respublikamızda son illər baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan vermişdir.

Rayon Uşaq xəstəxanasın həkimi Səidə Ələkbərova çıxış edərək qeyd etdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatlar göstərir ki, milli səhiyyə sistemimiz sürətlə müasirləşir, vətəndaşlarımız dövlətin yaratdığı tibb xidmətlərindən yüksək səviyyədə yararlanır. Səhiyyə sistemində aparılan islahatlar vətəndaşların sağlamlığının etibarlı təminatına xidmət edir.

Tədbirdə iştirak edən rayon İcra Hakimiyyətinin Başçısının müavini–YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva çıxışında bütün tibb işçilərini peşə bayramı münasıbəti ilə təbrik edərək onlara bu çətin və incə işlərində uğur və müvəffəqiyyətlər arzuladı və qeyd etdi ki, son illər səhiyyənin idarə olunması, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, yeni tibbi texnologiyaların tətbiqi, köklü kadr islahatları və başqa geniş miqyaslı tədbirlər həyata keçirilmişdir. Bu da öz növbəsində səhiyyəmizin dünya standartları üzrə inkişaf etməsinə, onun dünyanın qabaqcıl ölkələrinin səhiyyə sisteminə ardıcıllıqla inteqrasiya edilməsinə zəmin yaratmış və beynəlxalq miqyasda Azərbaycan səhiyyəsinin nüfuzunun nəzərəçarpacaq dərəcədə artmasına səbəb olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyevin rayona hər səfərində bu tibb müəssisələrinin açılışında iştirakı, əhaliyə tibbi xidmətin yaxşılaşdırılması istiqamətində verdiyi tövsiyələr tibb kollektivlərinin məsuliyyətini artırmışdır.

Tədbirin sonunda bir sıra tibb işçisinə Ucar Rayon İcra Hakimiyyətinin Başçısının və YAP Ucar rayon təşkilatının Fəxri Fərmanları, hədiyyələr,yeni qəbul olunmuş YAP üzvlərinə üzvlük vəsiqələri təqdim olundu.

Keçidlər