Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd təsərrüfatı naziri cənab Heydər Əsədov Ucar rayonunda

01 fevral 2014 | 16:00

Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin irəlicədən tərtib olunan qrafiq əsasında bögələrdə vətəndaşlarla görüşü, onların müraciət və təkliflərinin dillənilərək həlli üçün operativ və konkret tədbirlərin görülməsi artıq ölkəmizdə bir ənənəyə çevrilmişdir.

Belə bir növbəti qəbul yanvarın 31-də Ucar rayonunda Kənd Təsərrüfatı Naziri cənab Heydər Əsədov tərəfindən keçirilmişdir. Qəbulda Ucar, habelə ətraf rayonlardan - Zərdab, Ağdaş, Göyçay, Kürdəmirdən gəlmiş vətəndaşlar iştirak etmişlər.

Qəbul Ucar rayonunda Heydər Əliyev Mərkəzində keçirilib. Nazirliyin, müvafiq struktur rəhbərlərinin də iştirak etdikləri qəbulda 60 nəfərədək vətəndaşın müraciətinə baxılmışdır.

Qəbula gələnlər əsasən təsərrüfat sahələrinin genişləndirilməsi, heyvandarlığın inkişafı, süni mayalanma yolu ilə doğulan hər balaya subsidiyaların verilməsi, istehsalın genişləndirilməsi və kiçik istehsal sexlərinin açılması üçün güzəştli kreditlərin verilməsindəki çətinliklər, habelə kredit müddətlərinin uzadılması, müasir suvarma sistemlərinin alınması, taxıl biçini zamanı kombayn çatışmazlığı, aqroservis filiallarının fəaliyyətinə nəzarətin gücləndirilməsi, mineral gübrələrin qiymətlərinin aşağı salınması, zərərvericilərə qarşı işlədilən dərman preparatlarının dövlət tərəfindən pulsuz verilməsi, pambığın satınalma qiymətinin artırılması, pambıqçılığın inkişafı üçün texnika çatışmazlığı, regionlarda torpaq analizi laboratoriyasının yaradılması, çəltik dərmanının tikilib istifadəyə verilməsi, subsidiyaların verilmə vaxtının dəyişdirilməsi, istehsal olunan kənd təsərrüfatı məhsullarının alışının dövlət səviyyəsində mərkəzləşdirilmiş qaydada təşkili və bu zaman qiymətləndirməyə nəzarət və sair barədə müraciət etmişlər.

Nazir hər bir vətəndaşı diqqətlə dinləmiş, müraciətlərin araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun operativ həlli üçün konkret tapşırıqlar vermişdir. Nazirliyin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq strukturlara göndərilmək üçün qeydiyyata götürülmüşdür.

Qəbula gələn fermerlər, eləcə də fiziki şəxslər müraciətlərinin operativ həllinə, qarşılaşdıqları çətinliklərə həssas və qayğıkeş münasibətə, görüş üçün yaradılmış şəraitə görə təşəkkürlərini bildirmişlər. Prezident cənab İlham Əliyevin ərzaq sektorunda çalışanların kənd təsərrüfatı texnikası ilə təminatına əlavə dəstək haqqındakı xüsusi sərəncamının əhəmiyyəti yüksək qiymətləndirilmiş, bu diqqətə və qayğıya görə ölkə başçısına minnətdarlıq edilmişdir.

Nazir həmin gün “Aqrolizinq” ASC-nin Ucar Rayonlararasi Təchizat Bazasına gəlmiş, mövcud vəziyyət və şəraitlə tanış olmuş, konkret tapşırıqlarını vermişdir.

Keçidlər