Şriftin ölçüsü :

Saytın rəngi :

“Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib

29 iyul 2019 | 16:00

29 iyul 2019-cu il tarixdə Ucar rayonundakı Heydər Əliyev Mərkəzinin akt zalında Ucar, Göyçay, Kürdəmir və Zərdab Rayon İcra Hakimiyyətləri, Daxili İşlər və Ədliyyə Nazirlikləri, Respublika Baş Prokurorluğu, Dövlət Təhlükəsizlik Xidməti və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərlərinin iştirakı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilmişdir.

Dini və ideoloji sahədə maarifləndirməyə, dini radikalizmə qarşı mübarizəyə həsr olunmuş tədbiri Ucar Rayon İcra Hakimiyyətinin Başçısı cənab Mənsur Məmmədov açmış, mövzu ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini cənab Səyavuş Heydərov, Daxili İşlər Nazirliyin nümayəndəsi Oktay Tağıyev çıxış etmişlər. Natiqlər bu sahədə aparılan işlərdən geniş danışaraq hər bir kəsi dini radikalizmə qarşı ayıq-sayıq olmağa çağırmış, bu sahədə aparılan mübarizənin səmərəliliyinin artırılmasının zəruriliyini vurğulamışlar.

Seminar-müşavirədə “Şəhadət” sənədli filmi nümayiş etdirilmişdir.

Keçidlər