Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin rəhbərliyi Ucar rayonunda görüş keçirib
28 avqust 2019-cu il tarixdə Ucar rayon İcra Hakimiyyətinin akt zalında miqrasiya sahəsində vətəndaşların maarifləndirilməsi məqsədi ilə “Azərbaycan Respublikasında əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, əməkçi miqrantların və ailə birləşməsi hüquqlarının təmini mövzusunda Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin rəhbərliyi və əməkdaşları rayon İcra Hakimiyyəti Aparatı, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nın ərazi üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüş keçirmişdir.
Tədbiri Ucar rayon İcra Hakimiyyəti Başçısı Aparatının Hüquq şöbəsinin müdiri Xəyyam Səmədzadə giriş sözü ilə açmışdır.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Yevlax Regional Miqrasiya İdarəsinin rəisi baş Miqrasiya Xidməti müşaviri Aydın Əliyev və xidmətin əməkdaşları çıxış edərək tədbir iştirakçılarına ətraflı məlumatlar verərək onları maraqlandıran suallara müvafiq cavablar vermişlər.