Şriftin ölçüsü :

Saytın rəngi :

Ucar rayonu Heydər Əliyev Mərkəzində Gənclər Günü

02 fevral 2014 | 16:00

Güclü, aktiv və avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir.

Ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrlərdən gənclərin himayədarı olaraq sağlam düşüncəli yeni nəslin yetişdirilməsini dövlət və cəmiyyətin mühüm vəzifəsi hesab edib. Dahi şəxsiyyət gənclərin dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında iştirakının təmin edilməsini vacib məsələlərdən biri kimi elan etmişdi. 1994-cü il iyulun 26-da Gənclər, İdman və Turizm Nazirliyi yaradılıb. 1995-ci ildə isə o, Azərbaycan gənclərinin forumunun keçirilməsi təşəbbüsünü irəli sürüb. 2 fevral 1996-cı il tarixdə müstəqil Azərbaycan gənclərinin ilk forumu keçirilib və ulu öndər tədbirdə şəxsən iştirak edib. 1 Fevral 1997-ci il tarixdə forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən ulu öndər “2 fevral - Azərbaycan gəncləri gününün elan edilməsi haqqında” Sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral günü Azərbaycan gənclərinin bayramı kimi təntənəli şəkildə qeyd olunur.

Ucar rayon İcra Hakimiyyəti, rayon Gənclər və İdman idarəsi, Mədəniyyət və Turizm şöbəsi və YAP-nın rayon təşkilatı tərəfindən 02 fevral 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində Gənclər Günü geniş şəkildə qeyd olundu.

Tədbir öncəsi rayon ictimaiyyətinin nümayəndələri və gənclər ulu öndərin abidəsi önünə gül qoydular.

Gənclər Günündə rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər, 2013-cü ilin məzunları, tələbələr, idmançılar, ən fəal gənclər iştirak edirdilər.

Tədbir rayon Gənclər və İdman idarəsinin rəisi Əhliman İbrahimov açaraq məruzə ilə çıxış etdi. Əhliman İbrahimov məruzəsində Gənclər Gününün yaranma tarixindən, gənclərə göstərilən dövlət qayğısından, bu sahədə aparılan uğurlu siyasətdən, 2013-cü ildə respublikamızın gənclər və idman sahələrində əldə etdiyi nailiyyətlərdən, rayonumuzda keçirilən müxtəlif yarışlardan, müsabiqələrdən, tədbirlərdən, idmançılarımızın rayonumuzu respublika və beynəlxalq əhəmiyyətli turnirlərdə təmsil etməsindən danışdı və məruzəsinin yekununda gənclərimizi təbrik edərək onlara uğurlar arzuladı.

Tədbirdə şəhər 1 nömrəli tam məktəb-liseyin məzunu Azərbaycan Tibb universitetinin tələbəsi Fikrət Şəfiyev YAP-ın rayon təşkilatının sədri Şəhla Abdullayeva, Alpout kənd 1 nömrəli tam orta məktəbin şagirdi Arif Məmmədov, Gənclik Akademiyası İctimai Birliyinin sədri Kazım Məmmədov, tələbələrdən Türkan Quliyeva və Sona Məmmədzadə çıxış edərək, arzularını, fikirlərini bölüşdülər.

Rayon Gənclər və İdman idarəsi və YAP-ın rayon təşkilatı tərəfindən rayonun gənclər və idman sahələri üzrə ən fəal gənclərə mükafatlar təqdim olundu.

Rəsmi hissədən sonra rayon Mədəniyyət və Turizm şöbəsi tərəfindən hazırlanmış konsert proqramı gənclərə təqdim olundu.

Keçidlər