Şriftin ölçüsü :

Saytın rəngi :

2018/2019-cu tədris ilində Ucar rayonu üzrə ali məktəblərə qəbul olunan tələbələrlə görüş keçirildi

30 avqust 2019 | 16:00

30 avqust  2019-cu il  tarixdə Ucar Heydər Əliyev Mərkəzində 2018/2019-cu  tədris  ilində Ucar rayonu üzrə ali məktəblərə qəbul olunan tələbələrlə görüş keçirilmişdir.   

Tədbir iştirakçılarının bir qrupu əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyur.     

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilir.

Rayon Təhsil şöbəsinin müdiri Fuad İsrəfilov çıxışında qeyd etdi ki,  2018-2019-cu  dərs ilinin sonunu XI sinifləri 540 nəfər şagird  bitirmiş, onlardan  370 nəfər şagird ali məktəblərə  sənəd vermişdir. Ali məktəbə sənəd verən məzunlarımızdan 189 nəfəri  tələbə adına layiq görülmüşdür və sənəd  verənlərin  51,08% tələbə adını qazanmışdır. Bu göstərici keçən il 47,4 faiz olmuşdur. Bu il ümumilikdə keçən illərin məzunları ilə birlikdə 209 nəfər  tələbə adını qazanmış və ümumi sənəd verənlərin 48,6 faiz ali məktəblərə qəbul olunmuşdur. 2018-ci ildə bu göstərici 43,8 faiz təşkil etmişdir. Ümumilikdə 51 nəfər  məzunumuz 500-dən  çox bal toplamış, keçən il isə  42 məzunumuz 500-dən çox bal toplamışdır.

Keçən ildən fərqli olaraq bu il Təhsil Naziri Ceyhun Bayramovun müvafiq əmri ilə şəhər 2 nömrəli tam orta məktəbin 11 sinfini bitirmiş 665 balla Bakı Ali Neft məktəbinə qəbul olunmuş Əliyeva Zəhraxanım Ceyhun qızı Qızıl medala və fərqlənmə attestatına layiq görülmüşdür. Fərəhləndirici haldır ki, məzunlarımızdan  126  nəfəri ali məktəblərə dövlət sifarişli əsaslarla qəbul olunmuşdur.

Məzunlardan  53 nəfəri ali məktəblər içində həmişə öndə gedən Bakı Dövlət  Universitetinə qəbul olunmuşdur. Sevindirici hal odur ki,  bu gün Bakı Dövlət Universitetində  200-ə yaxın  Ucarlı təhsil alır. Bu il həmçinin  məzunlarımızdan  25 nəfəri  Pedaqoji Universitetə, 17 nəfəri İqtisad Universitetinə,  həmçinin respublikamızın digər  nüfuzlu ali məktəblərinə qəbul olunmuşlar. Ali məktəbə qəbul olan  məzunlarımızın cəmi 8 faiz özəl ali  məktəblərə qəbul olunmuşdur. Təbi ki,  bu  uğurların əldə edilməsində məktəb rəhbərlərinin, fədakar müəllimlərimizin, ümumilikdə Ucar təhsil işçilərinin əməyi danılmazdır.

Bu ilki qəbulun nəticələrinə görə şəhər 2 nömrəli məktəbin 11 sinfini bitirmiş 59 məzundan 34 nəfəri (57,6  %), şəhər 1 nömrəli məktəb-liseyi bitirmiş 52 məzunundan 25 nəfəri (48,7%), şəhər 4 nömrəli tam orta məktəbin 40 nəfər məzunundan 26 nəfəri  (65%) , Qazıqumlaq kənd 2 nömrəli tam orta məktəbi bitirmiş 30 nəfər məzundan 13 nəfəri (43,4 %), Qaradağlı kənd tam orta məktəbini bitirmiş 12 nəfər  məzunundan  7 nəfər  (58,3%), Şahlıq kənd tam orta məktəbini bitirmiş  9 nəfər məzundan 5 nəfəri  (55,5 %), Boyat kənd tam orta məktəbini bitirmiş 11 nəfərdən 5 nəfəri (45,4 %) , Qaracallı kənd 1 nömrəli tam orta məktəbi bitirmiş 23 nəfər məzundan 11 nəfəri (47,8 %), Lək kənd 1 nömrəli tam orta məktəbinin 12 nəfər məzunundan 7 nəfəri     (58,3 %)  ali məktəblərə  qəbul olmuşdur.

665 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olan Azərbaycan Respublikası Təhsil Nazirinin 30 iyul 2019-cu il tarixli əmri   ilə  qızıl medalla təltif olunan şəhər 2 saylı tam orta məktəbin məzunu Zəhraxanım Əliyeva, 646 balla Azərbaycan Respublikası Prezidenti Yanında İdarəçilik Akademiyasının “Beynəlxalq  münasibətlər” fakultəsinə qəbul olunmuş şəhər 1 saylı  məktəb liseyin məzunu Murad Hacıyev, 608  balla  Azərbaycan Tibb Universitetinin “müalicə işi” fakultəsinə qəbul  olunmuş  şəhər  4  saylı  tam  orta  məktəbin məzunu Nəzrin Əliyeva, 607  balla  Azərbaycan Respublikası Prezidenti Yanında İdarəçilik Akademiyasının “Beynəlxalq  münasibətlər” fakultəsinə qəbul olunmuş Şahlıq kənd tam orta məktəbin məzunu Nurtən Namətova, bu  il  ilk  dəfə   tətbiq   olunan subbakalavr üzrə Bakı Dövlət Universitetinin Qazax filialının “informatika müəllimliyi” fakultəsinə qəbul olunmuş Rəstəcə kənd tam orta məktəbin məzunu Aygül Ələsgərova, Qazıqumlaq kənd 2 saylı tam orta  məktəbin VIII sinif şagirdi Rəvanə Kərimova, ehtiyatda olan zabit Ülvi Qədir, şəhər 4 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Günay Abbasova, şəhər 2 saylı tam orta məktəbin dil ədəbiyyat müəllimi Zahidə   Məmmədova çıxış edərək qazandıqları nailiyyətlərə görə dövlət rəhbərliyinə öz təşəkkürlərini bildirdilər.

Ucar Rayon İcra Hakimiyyətinin Başçısı  cənab Mənsur Məmmədov çıxış edərək tələbə adı qazanan rayon gənclərini təbrik edərək bildirdi ki, müstəqil Azərbaycanın  gələcəyi olan Siz gənclər ali məktəbdə də  nümunəvi çalışmalısınız. Bu gün Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda təhsilin inkişafı, onun maddi-texniki bazası möhkəmləndirilir.

Rayon üzrə 10 nəfər  600 baldan çox bal toplayan tələbələrin hər birinə maddi köməklik göstərildi.

Yaşa görə pensiyaya çıxan  direktorlar, 2018/2019-cu dərs ilində yüksək nəticələr əldə etmiş məktəb direktorları və  atletika üzrə  məktəblilər arasında keçirilən Respublika yarışının Çempionu olmuş Qazıqumlaq kənd 2 saylı tam orta məktəbin komandası Ucar Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları ilə təltif olundular. 

Tədbir musiqi proqramı ilə başa çatmışdır.

Keçidlər